Nazirlik milyonlarla vəsait ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik milyonlarla vəsait ayırdı

İqtisadiyyat

10 Oktyabr 2026 09:40 97


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müxtəlif təhsil müəssisələrinin və uşaq bağçalarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə iri məbləğli satınalma həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, bağlanmış müqavilələrə əsasən, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxana kompleksinin layihələndirilməsinə 1 071 046.67 manat, BMU və SDU-nun nəzdində Peşə Təhsil Mərkəzləri ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Zabrat korpusunun layihə-smeta sənədlərinin hazırlanmasına 818 526.66 manat, Masallı Peşə Məktəbi, Saatlı və Qusar Peşə Liseylərinin tikinti layihələrinə 802 793.32 manat, Göyçay, Kürdəmir Peşə Liseyləri və Balakən Dövlət Peşə Təhsil Mərkəzinə 769 163.32 manat, Ağdam şəhər 3, 4, 5, 6 nömrəli, eləcə də Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının layihələndirilməsinə isə 683 967.30 manat vəsait ayrılıb.

Ümumilikdə 5 istiqamət üzrə layihə-smeta sənədlərinin hazırlanmasına 4 144 497.27 manat vəsait yönəldilib. Toyuqlu pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!