“Neçə aydır ki, ət yemirəm” - Rahidə

saytların hazırlanması

Evə çatdırılma

“Neçə aydır ki, ət yemirəm” - Rahidə

Şou

19 Aprel 2025 11:05 271


Rahidə Baxışova çəkisinin artdığını və yuxusuzluqdan əziyyət çəkdiyini açıqlayıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə müğənni “Xəzər axşamı” verilişində danışıb.

Rahidə bildirib ki, bu problemləri aradan qaldırmaq üçün o yenidən idmana başlayıb: Pepperoni pizza

“Mart ayından əvvəl çəkim artdı. Normal çəkim 56-57 kiloqramdır. Çəkim artandan sonra bir neçə ay əvvəl geyindiyim libaslar əynimə gəlmir. Ondan sonra rasionumdan bəzi qidaları çıxartdım. Misal üçün, hazırda ət yemirəm. Dana və quzu əti, çörək, şokolad, tort yemirəm.

Əslində, bu sadaladığım qidaları çox sevirəm. Amma artıq neçə aydır ki, onları yemirəm. Əvvəllər idman zalına gedib, məşq edirdim. Sonra evdə idman eləməyə başladım. Arıqlamağım üzümdən hiss olunur. Üzüm hər zaman incə olub. Son vaxtlar yuxu problem yaşayıram. Normal yatmıram. Yuxu rejimimi qaydasına salmaq üçün idmana gedirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!