Nəriman “Kolumbus Kryu”dan gedir

saytların hazırlanması

Evə çatdırılma

Nəriman “Kolumbus Kryu”dan gedir

İdman

03 Avqust 2026 17:42 97


Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolumbus Kryu"dan ayrılıb.

“Yeni Sabah” Sportinfo.az-a istinadla xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

O, gələn mövsümdən Superliqada “Ərzurumspor”da oynayacaq. pizza

"Ərzurumspor" I Liqanın son çempionudur.

Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan "Kolumbus Kru"nu təsadüfən tərk etməyib. Bu ilin yazında "Qarabağ"dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

O, məşqçi korpusundan lazımı qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!