Bakının Nərimanov rayonunda iri kommersiya obyekti satışa çıxarılıb.
“Yeni Sabah” Valyuta.az-a istinadla xəbər verir ki, Həsən Əliyev küçəsində, “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən əmlakın satış qiyməti 6 milyon 500 min manatdır.
Obyekt 5 mərtəbədən ibarətdir və ümumi sahəsi 1800 kvadratmetr təşkil edir. Tam təmirli əmlakın çıxarışı (kupça) var. Toyuqlu pizza
Satış qiymətinə əsasən, obyektin bir kvadratmetri təxminən 3 611 manata təklif olunur.
Elanla bağlı ətraflı məlumat almaq və obyektə baxış keçirmək üçün (050) 444-29-85 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Telegram kanalımız