Nigar Fərhadın əri həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Nigar Fərhadın əri həbs edildi

Sosial

05 Avqust 2026 16:23 141


Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, iş onun rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır.

Bir müddətdir "AİD Group"la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın "yoxa çıxması" ilə bağlı xəbər vermişdik. Dominos pizza

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

"AİD Group"un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir. "AİD Group" xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!