Odessada yanan oteldə azərbaycanlılar da olub?

Odessada yanan oteldə azərbaycanlılar da olub?
Avq 17, 2019 13:35
Oxunma sayı: 94

Ukraynanın Odessa şəhərində şənbə gününə keçən gecə oteldə baş verən yanğın nəticəsində ölənlər və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

"Yeni Sabah" bildirir ki, bu barədə Azərtac-a Ukrayna Milli Polisindən məlumat verilib. Hazırda ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, avqustun 17-də yerli vaxtla gecə saat 01:34-da “Tokio Star” hotelində başlayan yanğının söndürülməsinə 13 yanğınsöndürən maşın və 60-dan çox xilasedici cəlb edilib. Yanğın təxminən 4:32-də söndürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub. Xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski faciənin təhqiqatını şəxsi nəzarətə götürdüyünü açıqlayıb. Bildirib ki, bütün təqsirkarlar layiqli cəzasını alacaq.

Yanğının səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

Baş Nazir Vladimir Qroysman ölkənin bütün istirahət məkanlarında, ilk növbədə otel və sanatoriyalarda yanğın təhlükəsizliyinin yoxlanılmasına dair tapşırıq verib.

Yenisabah.az