“Omikron” təhdiddirmi? – “20-30% buzlaşma olarsa...”

saytların hazırlanması

Evə çatdırılma

“Omikron” təhdiddirmi? – “20-30% buzlaşma olarsa...”

Sosial

12 Fevral 2022 11:38 4838


Artıq son 1 aydır virusa yoluxanların sayı kəskin artıb. Bu artım sırasında "Omikron"a yoluxanlar üstünlük təşkil edir və virusu daha yüngül keçirdiklərini bildirirlər. Maraqlıdır, "Omikron"la digər ştammlar arasındakı fərq nədir və müalicəsi necə aparılmalıdır?

Həkim Aydın Əliyev Yenisabah.az-a açıqlaması zamanı "Omikron" ştammına yoluxanlar arasında ağ ciyər zədələnməsinə rast gəlinmədiyini bildirib:

"Virusa yoluxanlar öncə test verməli, əgər testin cavabı pozitiv olarsa, o zaman müvafiq qan analizləri və döş qəfəsinin rentgeni çəkilməlidir. Sezar pizza

Rentgen müayinəsi zamanı 20-30% buzlaşma olduğu məlum olarsa eyni zamanda kölgəliklər, pinevmaniya varsa, həmin şəxs dərhal müalicə olunmalıdır. 

Lakin bizim son müşahidələrimiz göstərir ki, "Omikron" ştammına yoluxanların arasında ağ ciyər zədələnmələrinə çox az rast gəlinir. Təxminən 5% insanda ağ ciyər zədələnməsi olur. Lakin bu normal, xəstəliyi olmayan insanlara aiddir.

Ağır şəkərli diabet xəstələri, immunitet sistemi zəif olanlar, ağır nevroloji xəstəliyə sahib olan insanlarda bu vəziyyət təhlükəli hal ala bilər. Hansı ki çox hərəkət edə bilmirlər,bədəndə qan dövranı zəifdir, qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, qan xəstəlikləri, piylənmədən əziyyət çəkirlər. Həmin şəxslərdə müəyyən qədər ağırlaşma riski olur". 

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!