Onlar da Türkiyəni tərk edir

saytların hazırlanması

Evə çatdırılma

Onlar da Türkiyəni tərk edir

Şou

29 Sentyabr 2026 07:24 94


Məşhur türkiyəli aktrisa Aslı Enver və həyat yoldaşı Berkin Gökbudak qızları Elayla birlikdə Çexiyanın paytaxtı Praqaya köçməyə hazırlaşırlar.

“Yeni Sabah” xəbər verir ki, Gökbudakın yeni vəzifəsi ilə əlaqədar ailənin Türkiyədən ayrılaraq Praqada məskunlaşacağı bildirilir.

Əczaçılıq sektorunda 17 ildən çox təcrübəsi olan Gökbudak 2026-cı ilin iyulundan “Johnson & Johnson Innovative Medicine” şirkətinin Çexiyadakı baş meneceri vəzifəsində çalışır. Pepperoni pizza

Gökbudak sosial media hesabında paylaşdığı yazıda Praqaya köçmək qərarının tarixçəsindən də bəhs edib.

O bildirib ki, həyat yoldaşı ilə təxminən üç il əvvəl Praqaya səfər ediblər və həmin vaxt “Bir gün bu bizim evimiz ola bilər” deyə düşünüblər. Gökbudakın sözlərinə görə, o zaman bu fikrin arxasında konkret biznes planı və ya iş imkanı olmayıb. Lakin sonradan şərait dəyişib və Praqa ailənin yeni yaşayış məkanına çevrilmək üzrədir.

Gökbudak karyerası ərzində müxtəlif ölkələrdə və regional vəzifələrdə fəaliyyət göstərib. O, daha əvvəl “Johnson & Johnson” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionunda kommersiya strategiyası üzrə rəhbər vəzifədə çalışıb. Bundan əvvəl isə “Bayer” və “Alliance Healthcare” şirkətlərində işləyib.

Gökbudak qarşıdakı həftələrdə Praqada daimi məskunlaşacaqlarını və yeni vəzifəsində Çexiya səhiyyə sisteminin, xəstələrin və səhiyyə işçilərinin ehtiyaclarına diqqət yetirəcəyini bildirib.

Ailənin Praqaya köçməsi Aslı Enverin karyerasının gələcəyi ilə bağlı suallar da yaradıb. Aktrisanın Praqada fəaliyyətini necə davam etdirəcəyi və köçün Türkiyədəki yeni layihələrinə təsir edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Aslı Enver və Berkin Gökbudak 2022-ci ildə evlənib. Cütlüyün 2023-cü ildə Elay adlı qızı dünyaya gəlib./Qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!