"Ayaks" akademiyasından qovuldu, ulduz olaraq geri döndü. Bu gün isə 1 350 kiloqramlıq kokain və bıçaqlama ittihamları ilə həbsxanadadır.
"Yeni Sabah" xəbər verir ki, oxu.az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Kvinsi Promesin futbol karyerasından həbsxanaya qədər uzanan inanılmaz hekayəsindən bəhs edilib.
2020-ci ilin yayında təşkil edilən bir ailə ziyafətində Promes ilə əmisi oğlu arasında oğurlandığı iddia edilən zinət əşyaları səbəbi ilə mübahisə düşdü. Əlbəyaxa dava zamanı əmisi oğlunu ayağından bıçaqlayan Promes ittihamları uzun müddət rədd etsə də, 2023-cü ildə ağır hücumda təqsirli bilinərək 18 ay azadlıqdan məhrum edildi. pizza mizza
Lakin onu gözləyən çox daha böyük bir məhkəmə işi var idi. Niderland polisinin araşdırmasına görə, Promes 2020-ci ilin yanvarında Braziliyadan Antverpen limanına göndərilən kokainin daşınmasında birbaşa rol almışdı. Dəniz duzu yüklü konteynerlərdə gizlədilən kokainin ümumi çəkisi 1 350 kiloqramı keçirdi.
Promes ittihamları rədd etsə də, şifrəli mesajları və telefon danışıqlarını sübut kimi qəbul edən məhkəmə 2024-cü ilin fevralında ona 6 il həbs cəzası verdi. Beləliklə, bıçaqlama işi ilə birlikdə aldığı cəzaların cəmi 7.5 ilə çatdı.
Qərarlar açıqlandıqda Promes "Spartak Moskva" formasını geyinirdi. Niderland ilə Rusiya arasındakı siyasi gərginlik səbəbindən uzun müddət ölkəsinə təhvil verilə bilmədi. Haqqındakı məhkəmə işlərinə baxmayaraq, Rusiyada futbol oynamağa davam etdi. "Spartak Moskva" forması ilə 100 qol həddini keçdi və klub tarixinin ən mühüm əcnəbi oyunçularından biri oldu.
2024-cü ilin fevralında "Spartak Moskva"nın təlim-məşq toplanışı üçün Dubaya getdikdə, avtomobil qəzası keçirdiyi üçün hava limanında saxlanıldı. Eyni dövrdə Niderland Birləşmiş Ərəb Əmirliklərinə rəsmi təhvil verilmə tələbini çatdırdı. Qısa müddət sonra sərbəst buraxılsa da, Dubaydan çıxmasına icazə verilmədi.
"Spartak Moksva" ilə müqaviləsi başa çatdıqdan sonra Dubayın 2-ci liqasındakı "United FC" ilə müqavilə imzalayan Promes 20 oyunda 19 qol vurdu. Ancaq 2025-ci ilin iyununda tutularaq Niderlanda təhvil verildi və birbaşa həbsxanaya göndərildi.
Promes 2026-cı ilin martındakı apellyasiya prosesində əmisi oğlunu bir dəfə bıçaqladığını ilk dəfə etiraf etdi. Ancaq hadisənin xaos zamanı baş verdiyini və özünümüdafiə çərçivəsində qiymətləndirilməli olduğunu qeyd etdi. Kokain qaçaqmalçılığı ilə əlaqəsi olması iddiasını isə qətiyyətlə rədd etdi.
İki məhkəmə işi birləşdirildi və yekun qərarın 2026-cı ilin sonundakı məhkəmə iclaslarından sonra verilməsi gözlənilir.
Yüzlərlə oyun, saysız qol və böyük uğurlar... Ancaq Kinsi Promesin geridə qoyduğu karyera sonunda tək bir sualla xatırlanacaq:
Hər şeyə sahibkən, niyə?
Telegram kanalımız