Temperatur düşür, havalar soyuyur   - TARİX AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Temperatur düşür, havalar soyuyur - TARİX AÇIQLANDI

Sosial

28 Sentyabr 2026 21:24 364


Sentyabrın son günlərində Bakıda havanın temperaturunun tədricən aşağı düşməsi gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, Ajans.az-ın araşdırmasına görə, sentyabrın 29-da Bakıda gündüz temperaturu 26 dərəcə olacağı, daha sonra isə yağış yağacağı gözlənilir.

Araşdırmaya əsasən, əsas sərinləşmə oktyabrın ilk günlərindən başlayacaq. Dördpendirli pizza

Qarşıdakı günlərdə temperaturun 22 dərəcəyə düşəcəyi, oktyabrın ilk həftəsində isə daha da aşağı düşəcəyi gözlənilir.

Hazırkı proqnoza əsasən oktyabrın ilk günləri Bakıda gündüz temperaturunun 14 dərəcəyədək enməsi göstərilir.

Beləliklə, isti hava ilə vidalaşmaq istəyənlər üçün ilk ciddi sərinlik oktyabrın ilk həftəsinə təsadüf edə bilər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!