“Onların çörəyi bayağı mahnılardan çıxır“ - Elza həmkarlarını qınadı

saytların hazırlanması

Evə çatdırılma

“Onların çörəyi bayağı mahnılardan çıxır“ - Elza həmkarlarını qınadı

Şou

09 Fevral 2021 15:23 809


"Çalışıram ki, Elzalığımdan kənara çıxmayım. Bir çoxlarına demək istəyirəm ki, ciddi musiqidə də özlərini sınasınlar. Onlar mənim düşmənlərimdir, haqqlarında danışmayım? Axı onlar efirə çıxırlar. Toylara, el şənliklərinə gedirlər. Biz onlarla eyni səhnəni paylaşmalı oluruq. İstəyirik ki, onlar bu sənətdə əbədi qalsınlar".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan 'MTV Azərbaycan"a müsahibəsi zamanı deyib. Müğənni bildirib ki, bayağı mahnı oxuyan müğənnilər ciddi musiqini ifa etməkdən qorxurlar:

"Onların ifa etdikləri mahnılar bizim musiqimizin köksünü parçalayır. Deyirlər, bizim öz tərzimiz var, bu üslubdan kənara çıxa bilmirik, bizi dinləyicilər belə dinləyib, belə qəbul edib. Pepperoni pizza

Bayağı mahnılar oxuyan müğənnilərdə bir qorxu hissi var. Başqa tərzdə ifa etmirlər. Düşünürlər ki, başqa tərzdə ifa etsələr, dinləyicilərini itirə bilərlər. Çünki dinləyici onlar üçün qazanc deməkdir. Onların mahnılarını sevib, toylarına dəvət edib, külli miqdarda pul ödəyirlər. Bu baxımdan onlarda qorxu var, hətta peşəkar bəstəkar musiqilərinə də müraciət etmirlər. Onu ifa edə bilməməkdən qorxurlar".

Qeyd edək ki, Seyidcahan bir müddət əvvəl müğənnilər Damla, Xatun Əliyeva, Türkan Vəlizadə, Pərviz Bülbülənin mahnılarına qulaq asmadığını deyib, onları tənqid etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!