“Otaqda kişi ilə tutanda “bağışla, qələt eləmişəm” dedi”

saytların hazırlanması

Evə çatdırılma

“Otaqda kişi ilə tutanda “bağışla, qələt eləmişəm” dedi”

Kriminal

08 May 2023 16:36 1658


Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xaliq Rüstəmovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiirlən prosesdə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Xaliq Rüstəmovun ifadəsində göstərib ki, 2006-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmova ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Həmin nikahdan iki övladı anadan olub. Dominos pizza

O deyib ki, 2022-ci ildə işləmək üçün Rusiyaya gedib, 1 ay sonra anası ona zəng edib Ramilənin onunla boşandığını və atası evinə getdiyini söyləyib. Xaliq Ramilədən nəyə görə boşandığını soruşanda qadına ona anası və bacısı ilə yola getmədiyini bildirib.  Rusiyada olanda iki ay Ramiləyə aliment ödəyib. 

2022-ci ildə Azərbaycana qayıtdıqdan sonra bir neçə dəfə Ramiləyə barışmaq təklif etsə də, qadın onunla razılaşmayıb. Ramilə atası evinə gedərkən uşaqlarını da özü ilə aparıb. Xaliq rayona qayıtdıqdan sonra oğlu böyük oğlu öz xoşluğu ilə yanına gəlib onunla qalmaq istədiyini deyib. Ramilə isə ondan polisə şikayət edərək guya oğlunu oğurladığını bildirib. Lakin polisdə olanda oğlu onunla yaşamaq istədiyini deyib. Ramilə uşaqları ilə birlikdə nənəsi evində tək yaşayıb və boşandıqdan sonra bazarda satıcı işləyib. O, nəyə görə Ramilənin evlərinə getməsi ilə maraqlananda anası ona əvvəlcə bu barədə demək istəməsə də, sonradan arvadının başqa oğlanlarla danışığını gördüyünü bildirib. Xaliq bu barədə Ramilədən maraqlananda qadın ona “nə edirəmsə, yaxşı elədiyini” deyib.

Daha sonra o, Ramiləni izləməyə başlayıb, qadının iş yerinə gedib. İş yerində keçmiş arvadının yanında birlikdə işlədiyi satıcı oğlanla deyib-güldüyünü görüb və onların belə yaxın münasibətdə olmasından şübhələnib. Hətta o, bir neçə dəfə həmin şəxsləri birlikdə görüb. Son bir həftə ərzində gecələr Ramiləgilin evinə gedib qadını izləyib. 

Xaliq qaynı Raminə zəng edib sonuncuya bacısının başqa oğlanla münasibətdə olduğunu və bu barədə tədbir görməsini deyib. Oğlu Qalib (şərti) 2-3 gün idi anasının yanında qalmışdır. Buna görə də Xaliq gedib uşaqlarını Ramiləgildən götürüb, evlərinə gətirib, onlara kabab çəkib. Həmin gün saat 18 radələrində qızını Ramilənin yaşadığı evə aparıb, oğlu isə onunla qalıb. Qızını aparıb Ramiləyə təhvil verəndə qadın onun qarın nahiyəsini əli ilə tutduğunu görüb. Ondan nə olduğunu soruşub. Qadın da ağrıdığını deyib evinə qayıdıb. Evə qayıtdıqdan sonra Ramilə oğlu Qalibə zəng edib telefonda onun səhhəti ilə maraqlanıb. Ramilənin ona qarşı belə diqqət göstərməsi onda şübhə yaradıb. Ona görə də o, saat 21 radələrində Ramiləgilə gedib. Yolda “Go” adlı energetik içkisi içib. Saat 21:30 radələrində Ramilənin yaşadığı evin qarşısına çatanda darvazanın qapısının arxasının qıfılla bağlı olduğunu və evin həyətinin işığının yanmadığını görüb. Həmin vaxtı Xaliq şübhələnib və evin darvazasının yanından setkadan həyətə tullanıb. 

Onun sözlərinə görə, sonra Ramiləgilin qaldığı yardımçı tikiliyə tərəf gedəndə otaqda telefon işığının yandığını görüb. O, yaxınlaşıb pəncərədən baxanda otaqda qızının telefonla oynadığını görüb. Sonra əsas evə tərəf gedib və ora qalxanda qapının qıfılının olmadığını görüb. Həmin vaxtı içəridən sürətli ayaq səsləri gəlib və o, qapını açmaq istəyəndə arxadan kimsə qapını tutub saxlayıb. O, çiyni ilə qapını itələyib açıb. Bu vaxt Ramilə paltarını yarı geyinmiş vəziyyətdə ona tərəf gəlib. Qadın “bağışla, qələt eləmişəm, sabah başqasına qoşulub qaçıram, Səmanı (şərti) də özümlə aparıram” deyib. Xaliq isə keçmiş arvadına qızını heç yerə aparmayacağını deyəndə qapının arxa tərəfindən qəfildən bir nəfər çıxıb onun sifət nahiyəsindən iki dəfə yumruq zərbəsi vurub. O, yerə yıxılıb, həmin adam da qaçıb gedib.

Xaliq söyləyib ki, həmin adamın sifətini görməsə də, paltarından sonuncunun Ramilənin yanında işləyən Cəfər olduğunu tanıyıb. Cəfər qaçıb getdikdən sonra Ramilə də yardımçı tikiliyə qızının yanına gedib.

O da eks arvadının ardıca yarımtikiliyə gedərək sonuncu ilə mübahisə etməyə başlayıb. Həmin vaxtı qızı otaqdan çıxıb dayısıgilə bu barədə məlumat verməyə gedib. Qızı qışqıra-qışqıra dayısıgilə onun anasını tutduğunu deyib. Xaliq də qapını arxadan bağlayıb və Ramiləyə birinci “bu barədə heç kimə heç nə demə, uşaqlarımıza görə səni bağışlayıram, gəl evimizə qayıdaq” deyib. Ramilə isə onunla getməyəcəyini və həmin oğlana qoşulub qaçacağını deyərək, çıxıb getmədiyi halda onu evinə basqın etdiyi üçün şərləyəcəyini bildirib. O da keçmiş arvadının bu hərəkətlərindən acıqlanıb əvvəldən üzərində olan açılıb qatlanan bıçağı çıxardaraq birinci Ramilənin təpə nahiyəsinə iki bıçaq zərbəsi vurub. Bıçaq qadının kəllə sümüyünə batıb. Sonra da kürək və boyun nahiyəsinə, döş qəfəsinə, eləcədə bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Ramilə həmin vaxt ona “bağışla” deyərək, qızı Mələyi də götürüb oğlana qoşulub qaçacağını deyib. O isə Ramiləyə qızı Səmanı aparmayacağını bildirib. Ramilə qızını ona verməyəcəyini deyərək qışqırıb qonşuları çağırıb.

Təqsirləndirilən deyib ki, o, daha da əsəbiləşərək əlindəki bıçaqla Ramilənin boğazını kəsib və qadın xırıldamağa başlayıb. Bir neçə dəqiqə sonra isə Ramilənin xırıldamaları kəsilib və o, sonuncunun tam öldüyünə əmin olub qapıdan çölə çıxıb. Həmin vaxtı qapıda qaynı Ramillə qarşılaşıb və sonuncuya bacısını öldürdüyünü söyləyib. Daha sonra o, öz bacısına zəng edib Ramiləni öldürdüyünü və polisə gedərək təslim olacağını bildirib. Təslim olmaq üçün piyada Tovuz RPŞ-nə tərəf gedib. “Turan” şadlıq evinin qarşısında polis əməkdaşları ona yaxınlaşıb və onu polis şöbəsinə aparıblar. Polis şöbəsində baş vermiş hadisəni olduğu kimi danışıb və Ramiləni öldürdüyü bıçağı da təqdim edib.

Qeyd: Hadisə ötən ilin noyabrında Tovuz rayonunda qeydə alınıb.

Belə ki, ittiham aktına görə, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov şəxsi münasibətlər zəmnində keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanı bıçaqla qətlə yetirməsində şübhəli bilinib.

X.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!