Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

saytların hazırlanması

Evə çatdırılma

Pakistanla iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat

27 May 2025 11:55 417


İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Pakistanla investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Yenisabah.az İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşüb. 

Görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, preferensial ticarət sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!