Oktyabrın 7-si dünyada Ümumdünya Pambıq Günü kimi qeyd olunur. Strateji kənd təsərrüfatı sahələrindən biri olan pambıqçılıq Azərbaycanda da dinamik inkişaf tempini qoruyub saxlayır.
“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə pambıq yığımı, məhsuldarlığı və pambıq mahlıcı istehsalında əvvəlki illə müqayisədə nəzərəçarpan artım qeydə alınıb.
Belə ki, pambıq yığımı 2024-cü ildəki 310.8 min tondan 2025-ci ildə 362.9 min tona yüksəlib. Hər hektardan götürülən orta məhsuldarlıq isə 30.3 sentnerdən 36.1 sentnerə çatıb. pizza sifarişi
Bununla yanaşı, emal sənayesində də artım müşahidə olunub; pambıq mahlıcı istehsalı 2024-cü ildəki 78.9 min tondan 2025-ci ildə 97.4 min tona qədər artıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız