Pandemiya dövründə dirilər ölülərdən qorxmalıdırmı?

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya dövründə dirilər ölülərdən qorxmalıdırmı?

Sosial

08 Oktyabr 2021 12:09 1162


“Ölü ətraf mühit üçün təhlükə kəsb etmir”.

Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib.

Koronavirus pandemiyası başlayarkən dəfn mərasimləri xüsusi icraçıların vasitəsi ilə həyata keçirilir, mərasimə az sayda insan buraxılırdı. Doğrudur, Dünya Səhiyyə Təşkilatı meyitin virus daşıyıcısı olmadığına və heç bir təhlükə daşımadığına dair açıqlam vermişdi. pizza hut

Adil Qeybulla dəfn mərasimlərinin xüsusi qayda da keçirilməsini izah edərkən pandemiya başlayan zaman heç bir ölkənin təcrübəyə malik olmadığını xatırladıb.

“Koronavirusa qədər dünyada ən təhlükəli pandemiya 1918-1920-ci illərdə yayılmış “İspan qripi” olub. İnsanlar dəhşətli epidemiya şəraitini kitablarda, filmlərdə görmüşdü. Koronavirusun birdən-birə bu cür tüğyan etməsi, ölüm hallarının artması insanları qorxutdu, psixologiyalarına təsir etdi. Lakin biz pandemiya ilə yaşamağa alışdıq. 

Yadınızdadırsa, ilk vaxtlar ölən şəxslər xüsusi qaydalarla dəfn edilirdi. Sonradan məlum oldu ki, ölən şəxs ətraf üçün heç təhlükə kəsb etmir. Eyni zamanda, Azərbaycanda meyit İslam qaydalarına uyğun olaraq yuyulub dəfn olunur. Yəni heç bir real qorxu yoxdur. Virus birbaşa nəfəs yolları, hava-damcı yolu ilə keçir.

Hazırda dəfn mərasimində xüsusi qaydalara, fərqli, qoruyucu geyimə ehtiyac qalmayıb”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!