Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Paşinyan Azərbaycanla gizli danışıqlar aparır”  - Sensasion açıqlama
25 May 2021 19:27
2329

“Paşinyan Azərbaycanla gizli danışıqlar aparır” - Sensasion açıqlama

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Paşinyanı Rusiyanı tapdayıb, Azərbaycan-Türkiyə ilə yeni danışıqlar aparmaqla günahlandırıb.

Yenisabah.az xəbər verir ki, Minasyan yazır ki, düşmən ordusu (Azərbaycanı nəzərdə tutur) 13 gündür Ermənistan ərazisindədir.

“Əslində heç kimə mane olmur, problem yaratmır, heç kimin milli ləyaqətinə xələl gətirmir, təhlükəsizlik təhdidi sayılmırlar. Təkrar edirəm, heç kimə. Ermənistanda hər şey normal qəbul olunur. Əgər belə olmasaydı, heç olmasa, yumşaq desək, fikir ayrılığı olardı. Ölkə normal bir ritmdə yaşamağa davam edir, seçkilərə doğru fədakarlıqla irəliləyir. Ancaq yaratdığı vəziyyətdən bir az narahat olan biri var. Söhbət Nikoldan gedir”.

Minasyan deyir ki, Nikol nə addım atırsa uğursuzluğa düçar olur. Yəqin ki, o yenə gizli şəkildə xalqın arxasından yeni bir xain sənəd imzalayacaqdır.

Bunun nəticəsində də Ermənistan Artsaxdan imtina etməklə qalmadı həm də yeni əraziləri təslim etdi. Nəticədə Azərbaycan öz qoşunlarını Syunikdən və Gegharkunikdən geri çəkdi.

“Nikol dünən Ermənistanın kapitulyasiyasına dair bir şərt olan yeni bir sənəd imzalamağa hazır olduğunu bildirdi. Ən azından seçkilərə qədər düşmən ordusu geri çəkiləcək. Xüsusi bir müqavimət olmadığı üçün hər kəs bununla barışdı. Amma hər kəs yaxınlaşan fəlakət barədə susur. Düşünürəm ki, Nikol Rusiyanı tapdalayaraq Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır”./Mətbuat.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər