Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri ilə bağlı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru (CQTM) Fərhad Məmmədovun “Yeni Sabah”a müsahibəsi:
– Necə düşünürsüz, Azərbaycan bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəkmi?
– Üzvlüklə bağlı bunu demək olar ki, Azərbaycan ötən il bu istiqamətdə öz addımlarını atdı. Lakin Hindistanın vetosu ilə qarşılaşdıq. Əgər bu təşkilat genişləmək niyyətindədirsə, onda Azərbaycan bilməlidir ki, Hindistan növbəti dəfə üzvlük müraciətinin qarşısını almayacaq. Əgər rəsmi Dehli mövqeyi dəyişməyəcəksə, heç Azərbaycan da bu istiqamətdə əlavə addım atmayacaq. Buna görə də sabah baş tutacaq ŞƏT-in növbəti sammitini gözləmək lazımdır. Sezar pizza
– Azərbaycanın üzvlüyü əleyhinə çıxan başqa ölkə varmı? Onların etiraz səbəbi nədir?
– Hazırda Azərbaycan müşahidəçi statusundadır. Azərbaycan ŞƏT+ formatında iştirak edir. Bu da kifayət qədər yüksək statusdur və təşkilat daxilində gedən bütün müzakirələrdən xəbərdar olmağa imkan verir.
Digər tərəfdən, Azərbaycanın Hindistan istisna olmaqla, təşkilata üzv olan bütün ölkələrlə yüksək səviyyəli əməkdaşlığı mövcuddur.
Nəzərə alınmalıdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı əsasən, siyasi təhlükəsizlik mövzularını əhatə edir, lakin iqtisadi mövzular da gündəmdə yer almaqdadır. Xüsusilə, strateji əhəmiyyət daşıyan enerji və logistika təhlükəsizliyi mövzusu.
– Dövlət başçısı sammit ərzində hansı rəsmilərlə görüşə bilər? Əliyev-Paşinyan görüşündə müzakirə olunan məsələlər də daxil olmaqla...
– Belə platformalarda ikitərəfli görüşlərin keçirilməsi imkanı yaranır. Azərbaycan Prezidenti hər zaman bu imkandan istifadə edir. Artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirilib. Nümayəndə heyətlərinə nəzər salsaq görərik ki, burada həm prezidentin köməkçisi, Ermənistan Təhlükəsizlik Şurasının katibi, baş nazirin müavinləri və xarici işlər nazirləri iştirak edir. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin müzakirəsi üçün tam formatlı görüşdür.
– Sammitin kuluarlarında Əliyev-Putin görüşü mümükündür?
– Düşünülür ki, sammit çərçivəsində digər liderlərlə də görüşlər olacaq. Zirvədə əsasən, Rusiya Pprezidenti Vladimir Putinlə, o cümlədən Çin və İran lidelrəi ilə görüşlər maraqla gözlənilir. Yüksək ehtimalla yaxın 2 gün ərzində bu görüşlər baş tuta bilər.
Nazim Hacıyev
Telegram kanalımız