Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

Siyasət

13 Avqust 2025 10:28 2076


Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə Qərbi Zəngəzurda sülh kampaniyası başlayıb.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, hər il “İcmalar Günü” münasibətilə Zəngəzurda tədbirlər təşkil olunsa da, bu il bu günləri böyük təmtəraqla qeyd etmək üçün göstəriş var: Sezar pizza

“Avqustun 15-də Qori, 16-da Qafan, 24-də Qacaran günüdür. Zəngəzurlulara bayram şənlikləri təşkil etmək, hakimiyyətə müsbət mesajlar vermək qərara alınıb.

Bir neçə gün əvvəl Dığ kəndi ilk icma bayramını qeyd edib, hətta son vaxtlar regional tədbirlərdə, xüsusən də vilayət qubernatoru Robert Qukasyanın qatıldığı tədbirlərdə iştirak etməyən Qafan rəhbəri Gevorq Parsyan da mərasimə qatılıb. Yerli icmanın meri David Qulunts çıxışında hətta Vaşinqton razılaşmasına da toxunaraq bildirib ki, Donald Trampın himayəsi ilə sülh bəyannaməsi imzalanması sülh haqqında dəyərli sənəddir, sülh olarsa, bölgə sakinləri daha yaxşı yaşayacaqlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!