Azərbaycanın sosial təminat sistemində və pensiya fondunda gələcəyə yönəlik ciddi təhlükələr və artan büdcə asılılığı narahatlıq yaradır. Çünki Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş etdiyi halda, toplana bilən məcburi sosial sığorta haqları aylıq orta hesabla cəmi 550 milyon manat civarındadır.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, kəsirin böyüməsi səbəbindən fondun dövlət büdcəsindən asılılığı ildən-ilə artır:
“Təkcə 2026-cı ildə DSMF-yə ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya ayrılıb. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2022-ci ildə 1,23 milyard, 2023-cü ildə 1,46 milyard, 2024-cü ildə 1,23 milyard, 2025-ci ildə isə 1,6 milyard manat təşkil edib. Marqarita pizza
İqtisadi aktivliyin zəifləməsi, ixtisarlar, ölkədən gənc işçi qüvvəsinin köç etməsi və doğuş sayının azalması fonunda demoqrafik mənzərə ağırlaşır. Xüsusilə 1970–1990-cı illər "baby boom" dövründə doğulanların 10-15 ildən sonra pensiyaya çıxması ilə təqaüdçülərin sayı kəskin artacaq, bu isə dotasiya yükünü daha da böyüdəcək.
Mövcud vəziyyətdən çıxış yolu kimi hökumətin büdcəni sıxmaq və cərimə-vergi hesabına doldurmaq siyasətindən əl çəkməsi, iqtisadi azadlıqları genişləndirməsi vacib sayılır. Bildirilir ki, vergi, rüsum və cərimələrin azaldılması, biznesə müdaxilələrin minimuma endirilməsi əlavə dəyər yaradacaq, xalqın rifahını qaldıraraq sosial müavinət asılılığını azaldacaq. Hətta Neft Fondunun adının və funksiyasının dəyişdirilərək “Təqaüd və Gənclərə dəstək” Fonduna çevrilməsi kimi qabaqlayıcı addımların atılması təklif edilir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız