Pərvindən giley: Üzüm üzlər görüb

saytların hazırlanması

Evə çatdırılma

Pərvindən giley: Üzüm üzlər görüb

Şou

13 Oktyabr 2023 10:07 497


“Məndən soruşanda ki, qardaşına və ya övladına özün kimi qız alardın? Deyirəm almazdım. Əgər mən almazdımsa, o zaman ailəni, ananı, atanı da qınamaq olmaz. Nə qədər müasir geyinsək də, istədiyimiz kimi azad olsaq da, içimizdə bir azərbaycanlı var. Mentalitet var. İstəyir bundan sonra 2040 və ya 2050 olsun, bizim beyinlər tam olaraq formalaşmayıb, müasirləşməyib".  

Yenisabah.az Olay-a istinadla xəbər verir ki ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Qapqara" layihəsində qonaq olan zaman deyib. 

"Günümüzdə də hələ ailələrin çoxu köhnə düşüncədədi ki, tanınmış olmamalıdır, ev qızı olmalıdır, 18 yaşından almaq lazımdır. Üzüm üzlər görüb. Nələr görmüşəm, nələr yaşamışam, bilmişəm, eşitmişəm. Haqqımda bu qədər xəbər çıxır. Yalan, doğru fərqi yoxdur. İstər-istəməz anada, ata da baxır. Düşünür ki, sabah mən bunu gəlin eləyəndə qohumlar nə deyəcək?” pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!