Praqada münaqişəyə son? -  “Əgər Ermənistan bu sazişi imzalayarsa...”

Praqada münaqişəyə son? - “Əgər Ermənistan bu sazişi imzalayarsa...”

Siyasət Veb saytların hazırlanması

29 Sentyabr 2022 17:52 2757


“Sülh sazişi imzalanacaqsa, onun bir tərəfi Ermənistandırsa, digər tərəfi Türkiyə ilə Azərbaycandır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalaq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

Xatırladaq ki, bir sıra erməni nəşrləri iddia ediblər ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilməsi planlaşdırılan Aİ-nin qeyri-rəsmi sammitinə sülh müqaviləsinin ilkin variantını aparacaq.

Mövzunu şərh edən C. Vəliyev bununla bağlı bildirib ki, Azərbaycanın 5 bəndlik təklifi var:

“Eyni zamanda, Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır və bu dövlət Azərbaycanla müharibə şəraitindədir. Əgər Ermənistan bu sazişi imzalayarsa, düşdüyü vəziyyətdən çıxmış olur. Düşünmürəm ki, Nikol Paşinyan belə bir müsbət addım atsın. Çünki müsbət addımı ata biləcək bir şəxs şərti sərhəddə problem yaratmaz, gərginliyi artırmaz və ya Fransaya səfər edib orada Azərbaycana qarşı çıxışlar etməz, habelə beynəlxalq güclərin yerləşdirilməsini istəməz, Hindistandan 250 milyon dollarlıq silah satın almaz”.

“Bu məsələlərin həlli çox sadədir və Azərbaycanla Türkiyə bu məsələdə konsturktiv bir mövqe göstərir. Silahlanmağa və gərginliyi artırmağa ehtiyac yoxdur. Praqada hər hansı bir sazişin imzalanması real görünmür”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!