Premyer Liqa klubları cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqa klubları cərimələndi

İdman

30 Sentyabr 2021 16:48 767


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az PFL-a istinadən xəbər verir ki, iclasda Premyer Liqamızın 5-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

Premyer Liqanın 5-ci turunun “Keşlə” – “Qarabağ” oyununda  matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. pizza

“Keşlə”nin  baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununda  matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!