Prezident təqaüdçüsünün evinə oğru girdi -  Foto
07 Apr 2021 12:06
295

Prezident təqaüdçüsünün evinə oğru girdi - Foto

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib. Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib. Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır. (APA)

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə basqın olub.

Belə ki, Qaratəpə kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.

Prezident təqaüdçüsünün evinə oğru girdi -  Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər