Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin enerji siyasətini və təbii qaz bazarındakı qiymət artımını şərh edib.
“Yeni Sabah” xəbər verir ki, ölkə rəhbəri Avropanın vaxtilə uzunmüddətli müqavilələrdən imtina edərək birja qiymətlərinə keçməsinin mənfi nəticələrinə diqqət çəkib:
"Vaxtilə Rusiya Avropaya 1000 kubmetr qazı təxminən 150–180 dollara satırdı. Onlar bazar qiymətləri tələb edirdilər; bu gün isə təxminən 1000 dollar ödəyirlər və bu qiymət daha da arta bilər", — deyə Rusiya lideri vurğulayıb. pizza mizza
Putin qeyd edib ki, Avropa tərəfinin bazar qiymətlərinə keçid tələbi nəticədə alıcıların özləri üçün ciddi maliyyə yükünə və enerjinin kəskin bahaşlaşmasına gətirib çıxarıb.
Nazim Hacıyev
Telegram kanalımız