İyulun 7-də saat 18:00-da 1992-ci il təvəllüdlü hamilə qadın İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub. Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, iyulun 8-də saat 13:50-də doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda körpənin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Online alış-veriş
"Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18 radələrində onun ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib", - məlumatda bildirilib.
Telegram kanalımız