“Qalatasaray”ın keçmiş ulduzu “Barselona”da

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın keçmiş ulduzu “Barselona”da

İdman

18 Dekabr 2021 10:58 1079


“Barselona” yeni transferlər etməyə hazırlaşır.

Yenisabah.az “El Nacional” qəzetinə istinadən xəbər verir ki, mövsümün əvvəlində Lionel Messi ilə yollarını ayıran Kataloniya təmsilçisi Jordi Albanın yerinə də yeni oyunçular axtarışındadır.

“Barselona”nın yeni hədəfləri arasında “Benfika”nın sol cinah müdafiəçisi Aleks Qrimaldo ilk yer tutur. Aralarında "Çelsi"dən Markos Alonsonun da olduğu "Barselona"nın son namizədi "Qalatasaray"ın keçmiş ulduzu Aleks Tellesdir. pizza mizza

Ötən mövsümün əvvəlində "Portu"dan 15 milyon avroya "Mançester Yunayted"ə keçən Telles ilk mövsümündə 23 oyunda meydana çıxıb. Bu mövsüm forma yarışında Lyuk Şoudan geri qalan 29 yaşlı braziliyalı indiyədək 8 oyuna çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!