Qaluzin: Azərbaycanın Aİİ ilə yaxınlaşmasını istərdik

saytların hazırlanması

Evə çatdırılma

Qaluzin: Azərbaycanın Aİİ ilə yaxınlaşmasını istərdik

Siyasət

04 İyun 2026 17:01 145


Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daha da yaxınlaşmasına kömək etməyə hazırdır və ölkəni Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istəyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz Azərbaycanın Aİİ ilə yaxınlaşmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq, çünki bu, fikrimizcə, ortaq Avrasiya məkanımızda mövcud iqtisadi əlaqələri daha da gücləndirəcək. Belə yaxınlaşma Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcək, çünki ölkə ortaq mal bazarının üstünlüklərindən istifadə edə və nəqliyyat, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirə biləcək", - deyə Qaluzin qeyd edib. Dominos pizza

"Azərbaycanı Avrasiya İnkişaf Bankının səhmdarları arasında görmək istərdik və inanırıq ki, belə bir addım Bankın ölkədəki böyük layihələri maliyyələşdirməsi üçün yol açacaq", - nazir müavini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!