7 Oktyabr - 00:29
Qanunsuz ət kəsimi məntəqələri söküldü

Qanunsuz ət kəsimi məntəqələri söküldü

İqtisadiyyat

17 Avqust 2022 21:48 1496


Bakının Yasamal rayonunda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.

Bu barədə Yenisabah.az-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilmiş reyd zamanı Həsən Məcidov küçəsi 65 ünvanında “Zəngəzur ət”, Akim Abbasov küçəsi 16 ünvanında “Qara Dana”, Akim Abbasov küçəsi 68A ünvanında “Ağcabədi-Bərdə heyvanları”, Zahid Xəlilov küçəsi 83-85 ünvanında “Halal kəsilmiş dana və quzu əti” məntəqələrində heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülərək qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!