“Qarabağ” 2-ci Bundesliqa klubuna uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” 2-ci Bundesliqa klubuna uduzdu

İdman

09 İyul 2024 17:07 884


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirir. 

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.  Pepperoni pizza

"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil. 

9 iyul 

14:30. "Qarabağ" - "Kayzerslautern" - 1:3 

Qollar: Yannis Heuer, 23 (0:1), Marlon Ritter, 39 (0:2),Boris Tomyak, 47 (0:3), Emin Cəfərquliyev, 70 (1:3) 

20:00. "Qarabağ"- "Viktoriya" (Plzen) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!