Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
“Yeni Sabah” xəbər verir ki, “Qarabağ”ın potensial rəqibinin adına aydınlıq gəlib.
2-ci mərhələnin "Qarabağ" - SSKA (Bolqarıstan) cütü Ağdam təmsilçisinin yüksək reytinqinə görə səpələnmişlər səbətində yer alıb. Bu cütün qalibi üçüncü mərhələdə səpələnməmişlər səbətindəki “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Toyuqlu pizza
Ağdam təmsilçisi mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.
Həmçinin püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub. Cütün məğlubu “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) məğlubu olub. "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubu 3-cü mərhələdə ilk oyunu evdə keçirəcək.
AL-də üçüncü mərhələnin ilk matçları avqustun 6-na, cavab görüşləri avqustun 13-nə təyin olunub.
Telegram kanalımız