25 Sentyabr - 05:27
“Qarabağ“ın rəqibi baş məşqçini istefaya göndərdi

“Qarabağ“ın rəqibi baş məşqçini istefaya göndərdi

İdman

19 Sentyabr 2022 08:53 673


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

"Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!