16 Avqust - 04:16
“Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi

“Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi

İdman

05 İyul 2022 13:43 538


"Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə "Zirə"yə keçib.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiqləyib.

O, 21 yaşlı hücumçunun 2022/2023 mövsümünün sonunadək icarə əsasında "Zirə"də çıxış edəcəyini bildirib.

R. Əhmədzadə artıq "Qarabağ"ın düşərgəsindən ayrılıb və Bakı təmsilçisinə qoşulacaq. .

Qeyd edək ki, millimizin üzvü ötən ilin dekabrında Ukrayna "Minay"ından "Qarabağ"a transfer olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!