“Qəbələ” mövsümə məğlubiyyətlə başladı

“Qəbələ” mövsümə məğlubiyyətlə başladı
Avq 17, 2019 21:17
Oxunma sayı: 57

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu gün  "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Qəbələ Şəhər Stadionunda keçirilən matç qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qolun müəllifi Mehdi Şərifi olub.

Qeyd edək ki, mövsümə 16 avqust, Dalğa Arenada "Keşlə" - "Qarabağ" (1:0) görüşü ilə start verilib. Turun digər oyunları qarşıdakı iki günü əhatə edəcək.

Yenisabah.az