7 İyul - 02:07
“Qəbələ“ yeni müdafiəçi trasnfer etdi

“Qəbələ“ yeni müdafiəçi trasnfer etdi

İdman

23 May 2022 18:00 687


"Qəbələ" bu yay üçün ilk transferini reallaşdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Qəbələ" İlkin Qırtımovu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son klubu “Şamaxı” olan Qırtımov 2015 - 2018 və 2019 - 2022-ci illərdə bu komandada çıxış edib. O, Premyer Liqada “Simurq” (2009-2015), “Neftçi” (2018) və “Zirə”nin (2018-2019) də formasını geyinib.

Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan millisində də çıxış edib. Yığmada 2014-cü ildə debüt edən müdafiəçi 5 matç keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!