Qəfil vəziyyətlərə hazır olun   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

Sosial

13 İyun 2026 18:39 2022


Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Toyuqlu pizza

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, sürət həddinə ciddi riayət etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

Nəzərə alınmalıdır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!