Qələbədən sonra dini inancını ifadə etmək – Dünyada məşhur idmançılardan nümunələr

saytların hazırlanması

Evə çatdırılma

Qələbədən sonra dini inancını ifadə etmək – Dünyada məşhur idmançılardan nümunələr

Sosial

08 İyul 2026 15:01 155


Bakıda keçirilən UFC turnirində azərbaycanlı döyüşçü Rafael Fiziyevin qələbədən sonra səsləndirdiyi dini ifadələr Azərbaycanda geniş müzakirələrə səbəb olub. Onun "Əlhəmdülillahi Rabbil Aləmin" və "Allahu Əkbər" sözlərini deməsi ilə bağlı müxtəlif mövqelər səsləndirilib. Rafael Fiziyev bu ifadələri UFC-nin rəsmi post-döyüş müsahibəsində işlədib.

"Yeni Sabah" bildirir ki, əslində qələbədən sonra dini inanclarını açıq şəkildə ifadə etmək dünya idmanında yeni hadisə deyil. Müxtəlif dinlərə mənsub onlarla məşhur idmançı illərdir bunu edir.

Həbib Nurməhəmmədov pizza mizza

UFC-nin keçmiş yüngül çəki çempionu Həbib Nurməhəmmədov demək olar ki, hər qələbəsindən sonra səcdəyə gedirdi. O, çıxışlarında mütəmadi olaraq "Əlhəmdülillah" ifadəsini işlədir və qazandığı uğurları Allahın lütfü kimi qiymətləndirirdi.

İslam Maxaçev

Hazırkı UFC ulduzlarından İslam Maxaçev də qələbələrindən sonra tez-tez "Əlhəmdülillah" deyərək Allaha şükür edir. Onun dini inanclarını açıq şəkildə ifadə etməsi MMA dünyasında adi qarşılanan davranışlardan biridir.

Məhəmməd Salah

Misir millisinin və dünya futbolunun ulduzlarından Məhəmməd Salah vurduğu qollardan sonra müntəzəm olaraq səcdəyə gedir. Bu jest artıq onun futbol karyerasının ayrılmaz hissəsinə çevrilib.

Sadio Mane

Seneqallı futbolçu Sadio Mane də qol vurduqdan sonra səcdə edən futbolçular sırasındadır. O, müsahibələrində dini inanclarının həyatında mühüm yer tutduğunu dəfələrlə vurğulayıb.

Tayson Fyuri

Ağır çəkidə dünya çempionu Tayson Fyuri döyüşlərdən sonra tez-tez İsa Məsihin adını çəkərək qələbəsini Tanrıya həsr edir. O, bir çox hallarda rinqdə dua edib və xristian inancından açıq danışıb.

Menni Pakyao

Filippinli boks əfsanəsi Menni Pakyao demək olar ki, bütün böyük qələbələrindən sonra Allaha təşəkkür edib. O, çıxışlarında tez-tez İncilə istinadlar gətirib və dini baxışlarının həyatında xüsusi yer tutduğunu bildirib.

Novak Cokoviç

Serbiyalı tennisçi Novak Cokoviç böyük turnirlərdə qalib gəldikdən sonra tez-tez sinəsinə xaç çəkir, göyə baxaraq dua edir və uğurlarına görə Allaha minnətdarlığını ifadə edir.

Kaka

Braziliyalı futbol ulduzu Kaka 2002-ci il dünya çempionluğundan sonra üzərində "I Belong to Jesus" ("Mən İsaya məxsusam") yazılmış köynəklə meydana çıxmışdı. Bu görüntü futbol tarixinin ən məşhur dini simvollarından biri hesab olunur.

Neymar

Braziliyalı futbolçu Neymar qol vurduqdan sonra tez-tez barmağı ilə göyü göstərir, dua edir və qələbələrini Tanrıya həsr etdiyini bildirir.

Beynəlxalq idman təşkilatlarında əsas məhdudiyyət siyasi təbliğat, nifrət nitqi və ayrı-seçkilik xarakterli çağırışlarla bağlıdır. Bununla yanaşı, idmançıların şəxsi dini inanclarını ifadə etməsi – Allaha şükür etməsi, dua etməsi, səcdəyə getməsi və ya sinəsinə xaç çəkməsi uzun illərdir müxtəlif idman növlərində müşahidə olunan hallardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!