İranın Dohadakı səfirliyi Qətərdə həbs edilən 3 iranlının azad edilərək ölkəyə qaytarıldığını açıqlayıb.
Yenisabah.az "Fars"a istinadla xəbər verir ki, İran İslam Respublikasının səfirliyi bununla bağlı bu gün öz "Tvitter" səhifəsində məlumat yayıb.
Səfirlik həmçinin iranlı soydaşlara müraciət edərək onlardan Qətərdə iş icazəsi və iş vizası olmadan işləməyin qadağan olunduğuna və hüquqi nəticələrinə diqqət yetirmələrini xahiş edib. Sezar pizza
Xatırladaq ki, ötən il 19 iranlı məhbus cəzalarının qalan hissəsini ölkə daxilində keçirmək üçün Qətərdən İran həbsxanalara köçürülüb.
Telegram kanalımız