“Qıtlıq olacaq” deyirlər, ekspert əlavə edir: “Qiymətlər də yüksələcək”

saytların hazırlanması

Evə çatdırılma

“Qıtlıq olacaq” deyirlər, ekspert əlavə edir: “Qiymətlər də yüksələcək”

Sosial

02 İyul 2026 10:47 162


“Bu il meyvə qıt olacaq” mübahisəsində mütəxəssislər həm təsdiq, həm də inkar  rəyinə görə ikiyə bölünüb. İqtisadçı ekspert Akif Nəsirli “ikinci cəhbə”dədir.

O, “Yeni Sabah”a bildirib ki, iqlim dəyişikliyi və su ehtiyatlarının azalması Azərbaycanda meyvəçiliyə getdikcə daha çox təsir göstərir. Hələlik hər hansı meyvənin ölkədə tamamilə yoxa çıxdığını demək düzgün olmaz, lakin bəzi növlərin məhsuldarlığında azalma və istehsal xərclərində artım müşahidə edilir”.

A.Nəsirli yağıntının azalması, uzunmüddətli quraqlıq, yüksək temperatur və suvarma problemlərini səbəb göstərir: Dördpendirli pizza

“Bəzi bölgələrin suya daha həssas olan şaftalı, ərik, alça və gilas bağlarında məhsuldarlığın azalması müşahidə olunur. Fındıq və qoz kimi çoxillik bitkilər də uzunmüddətli quraqlıqdan mənfi təsirlənə bilir. Alma və armud bağlarında isə isti hava dalğaları, su çatışmazlığı və bəzi hallarda yaz şaxtaları məhsulun həcminə və keyfiyyətinə təsir göstərir. Nar və üzüm nisbətən quraqlığa daha dözümlü hesab olunsa da, uzun müddət davam edən su qıtlığı onların da məhsuldarlığını azalda bilər”.

Ekspert bildirib ki, ağaclar əvvəlki qədər məhsul vermir, meyvələr də xırdalaşıb:

“Ölçüdən başqa, meyvələrin keyfiyyəti zəifləyib. Bazardakı qiymətlər təkcə iqlim amillərindən deyil, məhsulun həcmi, idxal imkanları, logistika xərcləri və ümumi inflyasiya kimi iqtisadi faktorların təsirindən də formalaşacaq. Buna görə də bəzi mövsümlərdə qiymətlər daha kəskin yüksələ, əlverişli hava şəraitində isə sabit qala bilər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!