Qüdrət Həsənquliyev Əli Əsədovun əleyhinə səs verib

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyev Əli Əsədovun əleyhinə səs verib

Siyasət

16 Fevral 2024 17:49 956


Bu gün Milli Məclisin iclasında Əli Əsədovun baş nazir təyin edilməsi məsələsi müzakirə olunub. Deputatlar onun yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib. Parlamentin qərarından sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş nazir təyin olunub. 

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında deputatlardan 1-i onun Baş nazir təyin edilməsinə razılıq verilməsinin əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Səsvermə gizli keçirildiyi üçün əleyhinə səs verən və bitərəf qalan deputatların kim olduğu məlum deyil. 

Yenisabah.az-ın məlumatına görə, bitərəf qalan deputat Erkin Qədirli olub.  Marqarita pizza

Onun təmsil etdiyi REAL partiyasının icraçı katibi Natiq Cəfərli saytımıza açıqlamasında məlumatı təsdiq edib. 

Qüdrət Həsənquliyev isə Əli Əsədova səs vermədiyini bildirib. 

"Hökumətin fəaliyyətindən narızı olduğum üçün ona səs vermədim. Amma onu təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm. Baş Nazirin namizədliyi parlamentdə geniş müzakirə olunmalı və müzakirələrin nəticəsindən asılı olaraq münasibət bildirilməlidir", - o, partiyasının qəzetinə açıqlamasında deyib./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!