La Liqada sentyabr ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
“Yeni Sabah” xəbər verir ki, “Barselona”nın hücumçusu Rafinya komandasının keçirdiyi uğurlu seriyada əsas pay sahiblərindən biri olaraq bu müfakata layiq görülüb.
Braziliyalı vinger sentyabr ayı ərzində meydanda göstərdiyi baxımlı və məhsuldar oyunla diqqətləri üzərinə çəkib. O, ay ərzində çıxış etdiyi 4 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. pizza
Ümumilikdə 9 qolun vurulmasında birbaşa iştirak edən 27 yaşlı futbolçu həm komandasının turnir cədvəlindəki liderliyini qorumasında, həm də azarkeşlərin rəğbətini qazanmaqda müstəsna rol oynayıb.
Rafinya bu mükafat uğrunda mübarizədə Kilian Mbappe və digər rəqiblərini geridə qoymağı bacarıb.
Nazim Hacıyev
Telegram kanalımız