SON DƏQİQƏ! Ramiz Mehdiyevə   YENİ İTTİHAM

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Ramiz Mehdiyevə YENİ İTTİHAM

Siyasət

31 Avqust 2026 22:37 473


Bir neçə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunub.

"Yeni Sabah" Gununsesi.info-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev bu dəfə rüşvət almaqda ittiham olunur.

Məlumata əsasən, keçmiş Prezident Administrasiyası rəhbərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülüb. Toyuqlu pizza

Bildirilir ki, yeni ittihamla bağlı istintaq sabiq PA rəhbərinin ifadəsini də alıb.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.

Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.

Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!