Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var - Deputat

Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var - Deputat

Sosial

25 Yanvar 2023 12:18 1683


Deputat Jalə Əhmədova rayonlarda narkotik probleminin böyük fəlakət olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, deputat bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü komitənin iclasında deyib.

“Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə də axışıb şəhərə gəlir. Burada fəhlə işində çalışıb aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün rayonlarda məşğulluq proqramı lazımdır. Zavod və ya fabriklərə cəlb olnaraq işlə təmin edilməsi yaxşı olardı”, - o, vurğulayıb.

Deputat bildirib ki, rayonlar gözdən kənar olduğundan ora üçün qəbul edilən qərarların icrası mezanizminə nəzarət zəif qalır:

“Gənclər və İdman Nazirliyi şəhərdə olduğundan nazir tapşırıqlarını verir. Həmin işlərə ciddi nəzarət mexanizmi olmalıdır. Müşahidələrim onu deməyə əsas verir ki, rayonlarda nəyəsə və ya hesabata xatir görülən işlər həddindən artıq çoxdur. Həqiqi işlərə can qoymaq, laızmı dərəcədə yerinə yetirmək, kadr siyasəti rayonlarda böyük problemdir. Rayonda yaşayan gənclərlə daha sıx iş görülməlidir”.

“Regionlarda narkotik problemi bu gün əsas məsələdir. Bu məsələni sırf DİN-in öhdəsinə buraxa bilmərik. QHT və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu, böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu, genofondun məhvi deməkdir” - J.Əhmədova əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!