Razılıq əldə oluna bilər - Dövlət Departamenti

Razılıq əldə oluna bilər - Dövlət Departamenti

Siyasət Veb saytların hazırlanması

26 May 2023 11:06 650


Dövlət Departamenti Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib.

Yenisabah.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın danışıqların davam etdirilməsinə şərait yaratdığını bildirib:

"Razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəfə təzyiq etməyə davam edirik".

Xatırladaq ki, ötən gün Kremldə Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə olunub. Üç ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində işin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!