Regionlarda da sosial evlər tikiləcək?

saytların hazırlanması

Evə çatdırılma

Regionlarda da sosial evlər tikiləcək?

Sosial

12 Noyabr 2019 14:52 1255


İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.

"Yeni Sabah"ın Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: “Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın”. pizza hut

Deputat həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: “Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!