Reper Dado keçmiş xanımı, müğənni Natavan Həbibinin ikinci övladı olacağı ilə bağlı yayılan iddialara növbəti dəfə reaksiya verib.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, reper Zeydin fotosunu paylaşaraq onun yeganə övladı olduğunu vurğulayıb. O, şəklə "atasının yek və tək balası" sözlərini yazaraq ürək emojisi qoyub.
2017-ci ildə ailə quran Natavan və Dado bir müddət sonra boşanıblar. Ötən gün reper Natavanın ikinci övladı olacağı ilə bağlı yayılan iddialara münasibət bildirərək bundan xəbərsiz olduğunu açıqlayıb. pizza hut
Natavan hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.
Telegram kanalımız