Restoranda nişan edənlər cərimələndi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Restoranda nişan edənlər cərimələndi - Fotolar

Sosial

05 Aprel 2021 09:42 952


Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!