Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

İdman

20 Noyabr 2026 23:58 44


Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər.

"Yeni Sabah" xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün baş hakimi Sami Əl-Naci olub. Məişət texnikası

Matçda hesabı 14-cü dəqiqədə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo açıb. Bu qol portuqaliyalı ulduzun karyerasında 986-cı olub.

Cəmi dörd dəqiqə sonra Ronaldo fərqi artırmaq imkanı qazansa da, penaltidən yararlana bilməyib. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Birinci hissənin əlavə olunmuş birinci dəqiqəsində (45+1) "Əl-Əhli"nin hücumçusu Vender­son Qaleno hesabı bərabərləşdirib.

71-ci dəqiqədə Ayvan Toni penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini hesabda önə çıxarıb.

75-ci dəqiqədə isə müdafiəçi Rojer İbanyes "Əl-Nəsr"in qapısından üçüncü topu keçirərək yekun hesabı müəyyənləşdirib - 3:1. Həmin epizodda künc zərbəsindən ötürməni yarımmüdafiəçi Eduard Spertsyan verib.

Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 12 oyundan sonra 28 xal toplayan "Əl-Nəsr" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Aktivində 24 xal olan "Əl-Əhli" isə dördüncü yerdədir.

Növbəti turda "Əl-Nəsr" noyabrın 28-də səfərdə "Əl-Həzm"lə qarşılaşacaq. "Əl-Əhli" isə həmin gün "Əl-Taavun"la üz-üzə gələcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!