Sankt-Peterburqda milyonluq cinayət: Həbib Hüseynov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Sankt-Peterburqda milyonluq cinayət: Həbib Hüseynov həbs edildi

Dünya

20 Noyabr 2026 21:54 66


Sankt-Peterburq məhkəməsi 82 milyon rubldan çox vəsaitin oğurlanmasında şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

"Yeni Sabah" xəbər verir ki, hadisə oktyabrın 26-da Sankt-Peterburqun Vyazovaya küçəsində yerləşən mənzillərdən birində baş verib.

İstintaqın versiyasına görə, Həbib Hüseynov və onun əlbir olduğu şəxs zərərçəkmişi əvvəldən tanıyıblar. Onlar idman zalından tanıdıqları kişini mənzilə gətirərək kriptovalyutasını ələ keçirməyə çalışıblar. Online alış-veriş

Məlumata görə, hücum edən şəxslər əvvəlcə zərərçəkmişə naməlum həblər içirdiblər. Daha sonra onu bağlayaraq döyüb, kəsici alətlə hədələyib, əl və ayaqlarını isti ütü ilə yandırıblar. Onlar zərərçəkmişdən kriptovalyuta pulqabılarının giriş kodlarını tələb ediblər.

Bundan başqa, zərərçəkmiş borclu olduğuna dair iltizam yazmağa və kamera qarşısında pul borcunun olduğunu söyləməyə məcbur edilib.

Nəticədə şübhəli şəxslər ümumi dəyəri 82,6 milyon rubl olan kriptovalyutanı ələ keçiriblər.

Həbib Hüseynov noyabrın 19-da saxlanılıb. Petroqrad Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçərək 2027-ci il yanvarın 17-dək həbsdə saxlanılmasına qərar verib.

Hadisənin digər iştirakçısının axtarışda olduğu bildirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!