Tramp və Si Cinpin razılığa gəldi   - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Tramp və Si Cinpin razılığa gəldi - DETALLAR

Dünya

20 Noyabr 2026 22:50 58


ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil şəkildə qəbul etməsinin yolverilməz olduğu barədə razılığa gəliblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, Prezident Tramp və Sədr Sinin süni intellektlə bağlı istənilən hərbi qərarların qəbulunda insanın hər zaman iştirak etməli olduğu və AI-ın irimiqyaslı hərbi əməliyyatları müstəqil şəkildə həyata keçirməsinə icazə verilməməsi barədə razılığa gəlmələri çox vacibdir", - Bessent deyib. ShopByBro

Onun sözlərinə görə, ABŞ və Çin liderləri nüvə silahının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.

Bundan əlavə, danışıqlar zamanı tərəflər ticarət siyasəti və süni intellekt texnologiyalarının inkişafı məsələlərinə toxunublar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!