Ronaldonun şəcərəsi bu ölkəyə gedib çıxır

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun şəcərəsi bu ölkəyə gedib çıxır

İdman

22 İyun 2026 12:47 261


Dünya futbolunun canlı əfsanəsi, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun ailə şəcərəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, ulduz futbolçunun genetik köklərinin bir hissəsi Afrika qitəsinə – Kape Verdeyə bağlıdır.

Tarixi və bioqrafik araşdırmalara görə, Ronaldonun ata tərəfdən ulu nənəsi Roza İzabel da Piedade Kape Verdenin San Visente (Sao Visente) adasında dünyaya gəlib. O, sonradan daha yaxşı iş imkanları naminə Portuqaliyanın Madeyra adasına köçüb və orada məskunlaşıb. pizza sifarişi

Kape Verde Anqola, Mozambik, Qvineya-Bissau və Sao Tome və Prinsipi ilə birlikdə tarixən Portuqaliya müstəmləkəsi olmuş 5 ölkədən biridir.

Xatırladaq ki, Kriştianu Ronaldo özü Madeyrada doğulub boya-başa çatıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!